AÇ: Azərbaycan millisi son sınağına çıxır

AÇ: Azərbaycan millisi son sınağına çıxır

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu matçını keçirəcək.

Fanat.Az xəbər verir ki, B Liqasının V qrupunda yarışan komanda Kiprlə üz-üzə gələcək.

Meydan sahibləri ilə görüş Pafos şəhərindəki “Peyia Municipal” stadionunda keçiriləcək və saat 13:00-da başlayacaq.

Qeyd edək ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda buna qədər qrupda İsveçrə yığmasına 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.

2 dekabr   Saat 13:00. Azərbaycan (U-19 Qadınlar) – Kipr (U-19 Qadınlar) Hakimlər: Kristina Kozorox, İrina Çaika (hər ikisi Ukrayna), Ann-Sofie Träskman, İfeoma Kulmala (hər ikisi Finlandiya). Peyia Municipal stadionu. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər