7 il sonra çempion "Beşiktaş"!

7 il sonra çempion "Beşiktaş"!
Türkiyə Super Liqasında 2015/16 mövsümünün qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, "Başiktaş" sona 1 tur qalmış çempionluğu rəsmiləşdirib.
XXXIII turda "Osmanlıspor"u qəbul edən "Beşiktaş" 3:1 hesablı qələbə qazanıb. "Fənərbaxça" isə "Gənclərbirliyi"ni 2:1 hesabı ilə yenib. Son tur ərəfəsində 1-2-ci pillələr arasındakı 6 xallıq fərq qorunub və "Beşiktaş" çempionluğunu rəsmiləşdirib.
Bu "Beşiktaş"ın 7 illik fasilədən sonra ilk çempionluğu olub. Belə ki, "Qara Qartallar" sonuncu dəfə 2008/09 mövsümündə Super Liqanın qızıl medallarına sahib çıxmışdı. İstanbul klubu ümumilikdə 14-cü çempionluğunu rəsmiləşdirib.
Turun bu gecə baş tutan digər oyunlarında "Qalatasaray" səfərdə "Akhisar Bələdiyyəspor"u 2:1, "Kasımpaşa" evdə "Mersin İdman Yurdu"nu 7:0 hesabı ilə yenib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər