26 ölkədən 466 gimnast Bakıda bir araya gələcək

26 ölkədən 466 gimnast Bakıda bir araya gələcək

Martın 3-dən 6-dək Bakı akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edəcək.

Fanat.Az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının ilk dəfə olaraq təşkil edəcəyi yarışda ilkin qeydiyyat siyahısına əsasən, 26 ölkədən 466 gimnastın iştirakı gözlənilir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə oğlan cütlükləri, qız cütlükləri, qarışıq cütlüklər, oğlan qrupları, qız qrupları proqramında qüvvələrini sınayacaqlar.

Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku yarışlarına ev sahibliyi edib.

Qeyd edək ki, paytaxtımızda keçiriləcək yarışın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər