Olivye Jiru "Çelsi" ilə "Twitter"də vidalaşdı

Olivye Jiru "Çelsi" ilə "Twitter"də vidalaşdı
Olivye Jiru "Çelsi" ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, fransalı hücumçu "Twitter" hesabında İtaliya A Seriyasına - "Milan"ın sıralarına yollandığını təsdiqləyib.
"Bütün "Çelsi" camiəsinə xüsusi anlara görə "çox sağ olun" deyirəm. Yeni ruh və həvəslə yeni yola qədəm qoyuram. İngiltərə Kuboku, Avropa Liqası və Çempionlar Liqasındakı qələbələrimiz sadəcə, möhtəşəm idi. Sizlərə sevgilərlə, Olivye Jiru".
Daha öncə "Milan"ın müxtəlif bonuslar şəklində qarşı tərəfə 1 milyon avro ödəyəcəyi barədə məlumatlar yayılmışdı. Onun transferin detalları həllini tapandan sonra müddəti 2023-cü ilin yayına qədər olan müqaviləyə qol çəkəcəyi gözlənilir.
  
"Zadəganlar" Jirunu 2018-ci ilin qışında London "Arsenal"ından transfer etmişdi. Həmin vaxt "göylər" fransız forvarda görə "topçular"a 17 milyon avro ödəmişdi. 
"Çelsi" formasıyla ümumilikdə 119 matça çıxan Olivye bu görüşlərdə 39 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər