"Xetafe" yeni baş məşqçi ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspan klubu Xose Migel Qonsaleslə (Miçel) anlaşıb. Onunla 2 illik müqavilə imzalanıb.
58 yaşlı mütəxəssis 10 ildən sonra keçmiş komandasına qayıdıb.
Qeyd edək ki, Xose Migel Qonsalesin son klubu Meksika təmsilçisi "UNAM Pumas" olub.
Fanat.Az