La Liqa klubunda yeni baş məşqçi

La Liqa klubunda yeni baş məşqçi
İspaniyanın "Atletik" klubunda yeni baş məşqçi təyinatı gerçəkləşib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bilbao təmsilçisi Marselino Qarsiya Torala tapşırılıb.
55 yaşlı mütəxəssislə 2022-ci ilin yayınadək müqavilə imzalanıb. O, bu vəzifədə ötən gün istefaya göndərilən Qaiska Qaritanonu əvəzləyib.
Qeyd edək ki, M.Q.Toral daha əvvəl İspaniyanın "Valensiya", "Vilyarreal", "Sevilya", "Rasinq", "Saraqosa", "Rekreativo", "Sportinq" və "Lealtade" komandalarına rəhbərlik edib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər