"Bayer"in hücumameyilli yarımmüdafiəçisi Kay Haverts "Çelsi"yə keçmək üzrədi.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, Avropanın bir neçə top-klubu Havertslə maraqlansa da, yalnız "Çelsi" onun üçün tələb olunan məbləği ödəməyə hazırdı. Bununla yanaşı, "zadəganlar", demək olar ki, müqavilənin şəxsi detallarını 21 yaşlı futbolçu ilə razılaşdırıb.
Havertsin transferinin "Çelsi"yə 80 milyon avroya başa gələcəyi bildirilir.
2019-20 mövsümündə 43 matçda meydana çıxan alman oyunçunun aktivində 17 qol, 9 məhsuldar ötürmə var.
Fanat.Az