La Liqa klubu baş məşqçisini qovdu

La Liqa klubu baş məşqçisini qovdu
İspaniyanın "Real Sosyedad" klubu baş məşqçisi Asyer Qaritano ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssisin müqaviləsi ləğv edilib. 
Qeyd edək ki, Asyer Qaritano may ayından La Liqa təmsilçisinə rəhbərlik edib. Onun klubla müqaviləsi 2021-ci il iyun ayının 30-na qədər nəzərdə tutulmuşdu. "Real Sosyedad" La Liqada 17 turdan sonra 19 xalla 15-ci pillədə qərarlaşıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər