Abşeron rayonunda yeni futzal klubu yaradılıb. Bu barədə Fanat.az-a klubdan məlumat verilib. Redaksiyamıza daxil olan məlumatı olduğu kimi dərc edirik:
"Ölkədə idmanın inkisafının geniş vusət alması təbii ki, Abşerondan da yan kecməyib. Rayonumuzun ərazisində yerləsən qəsəbələrdə müasir standartlara cavab verən idman qurğuları inşa edilib. Gənclərin sağlam gələcəyi üçün hər cür şərait yaradılıb. Ağırlıqqaldırma, guləş, boks və bir cox digər seksiyalar fəaliyyət göstərir. Lakin rayonumuz həmişə ilk növbədə öz futbol ənənəsi ilə tanınıb və hələ SSRİ dönəmindən ölkə futbolunun inkişafına daim öz tohvəsini verib.
Etiraf etməliyik ki, son zamanlar vəziyyət bir o qədər də ürəkaçan deyildi. Belə ki, bölgəmizin komandaları ən yaxsı halda əhəmiyyətsiz, ikinci dərəcəli turnirlərdə öz qüvvəsini sınayırdı və elə bir uğur qazana bilmirdi. Bu nailiyyətsizlik boşluğunu I divizionda mübarizəyə qoşulan və birinci yeri tutaraq elitaya vəsiqə qazanan "Abşeron" klubu doldura bilərdi. Lakin, Mirbagır İsayevin minbir əziyyətlə formalasdırdığı komanda Premyer Liqaya yüksəldikdən sonra gözlənilmədən dagıldı (Yəqin ki, maliyyə problemi səbəbindən komandaya yiyə duran tapılmadı. Bir sözlə, oynamaq istəyən də var idi, azarkeslik etmək istəyən də).
Belə bir vəziyyətdə heç olmasa bir komanda yaradaraq bu boşluğu qismən də olsa doldurmaq artıq zamanın tələbinə çevrilmişdi. Əlbəttə, komanda yaradaraq böyuk futbolda mübarizə aparmaq böyük maliyyə vəsaiti tələb etdiyindən biz futzal çempionatında iştirak etmək ücün fəaliyyətə başladıq. Qarabağ veteranı Nüslət Xəlilov, iş adamı Əli Osmanlı, ölkənin tanınmış futzal veteranı, idman ustası Vahid Abdullayev, veteran futbolçu - qapıçı Elşən Ələsgərov və yazar İdris Hüseynoğlu bir yerdə məsləhətləşərək öz gələcək fəaliyyətimizi müəyyənləşdirdik. İlk növbədə istedadlı gəncləri bir yerə toplayaraq öz fikrimizi onlara bildirdik. Düzü, bizim bu ideyamıza münasibət gözlədiyimizdən fərqli effekt verdi. Komandanın məşqlərində iştirak etmək istəyənlərin sayı durmadan artırdı. Belə bir vəziyyət bizi təbii ki, həvəsləndirirdi və nə qədər düzgün addım atdığımıza əyani sübut idi.
Lakin, digər tərəfdən baş məsqçi Vahid Abdullayevə əlavə problemlər yaradırdı. Təbii ki, məşqlərə qatılan istedadların hamısı oynamaq istəyir, bu da məşqçinin heyəti formalaşdırmaqla bağlı işini çətinləşdirir. Amma böyuk təcrübəyə malik Vahid muəllim (futzal üzrə 4 qat respublika çempionudu) öz işinin ustası olduğunu cox tez sübut etdi. O, qısa zaman kəsiyində təxminən eyni səviyyəli 3 qrup formalaşdırmaga nail oldu. Bu da komandaya mübarizənin gedişində heyətdə rotasiyalar apararkən oyun keyfiyyətinin saxlanmasına imkan verir. Biz öz fəaliyyətimizi təkcə futzal üzrə ölkə çempionatının 1-ci dəstəsinə komanda çıxarmaqla məhdudlaşdırmırıq. Belə ki, artıq 3 müxtəlif yaş qrupunda kiçik istedadlardan ibarət komandalarımızı yaratmışıq.
Veteran qapıçı Elşən Ələsgərovun təşəbbüsü ilə yaratdıgımız "Abşeron" komandasına böyük ümidlər bəsləyirik. Bu klubun rəsmi yarışlarda istirakı üçün artıq lazımı qurumlara müraciətimiz də olub və inanırıq ki, alacagımız cavab müsbət olacaq. Artıq bütün lazımı sənədləri AFFA-ya təqdim etmişik və 1-ci dəstədə iştirakımız dəqiqdi.
Nəzərinizə çatdırmaq istərdik ki, biz ilk gündən işimizi peşəkar səviyyədə qurmağa çalışmışıq. Baş məşqiçi Vahid Abdullayev, qapıçılarla işləyən məşqci Elşən Ələsgərovdan başqa , komandadaxili saglam ab -havaya intizam məsələlərinə cavabdehlik daşıyan vəzifələr də nəzərdə tutulub və hazırda fəaliyyət göstərir. Klubumuzun mətbuat xidməti və internet səhifəsi də yaxın vaxtlarda fəaliyyətə başlayacaq.
Heyətdəki gənclərin səviyyəsi onların məşqlərdəki əməksevərliyi və məsuliyyəti bizə gələcəyə nikbin baxmağa imkan verir. İki ay ərzində yaranmış komandamızın potensialını üzə çıxarmaq üçün ikitərəfli oyunlarla kifayətlənmirik, yoldaşlıq oyunlarında da qüvvəmizisınayırıq. Artıq üç belə oyun keçirmişik. İlk rəqibimiz bizim kimi yeni yaranmış "Sektor 11" komandası oldu. Bu komanda uzərində 8 top fərqi ilə qələbə qazandıq. Sonra güclü Yasamal komandası ilə heç-heçə oynadıq. Sonuncu rəqibimiz isə 1-ci dəstənin ötənilki bürünc mükafatçısı "Çevik" oldu. Təcrübəli rəqibə iki top fərqi ilə uduzsaq da, bu qarşılaşmada sərgilədiyimiz oyun bizi tam qane etdi.
Hədəflərimiz yüksəkdi. Futzal çempionatının elitasına yüksəlmək uğrunda mübarizə aparacağıq. İlk cəhddən nəticəmizin necə olacağını dəqiq proqnozlaşdırmaq fikrimiz yoxdu. Qeyd etdiyimiz kimi hədəflərimiz maksimumdu. Lakin, bir məsələdə tam əminik ki, biz heç bir komanda üçün asan rəqib olmayacağıq və öz iştirakımızla turnirə əlavə rəng qatacağıq".
Fanat.az