"Berti Foqtsun köməkçisi Volfqanq Rolff mənim oyunumu izləmişdi. Bundan sonra məni yığmaya çağırdılar". Fanat.az xəbər verir ki, bu sözləri millimizə dəvət edilən Emin Nuri deyib.
İsveçin "Kalmar" klubunda oynayan müdafiəçi Azərbaycanla bağlılığının olmadığını bildirib: "Mənim Azərbaycanla heç bir bağlılığım yoxdu. Sadəcə, türkəm. Azərbaycanla Türkiyə bir-birinə qardaş ölkələr olduğundan, burada oynamaq mənə rahat göründü və təklifi qəbul etdim".
Fanat.az