Bu qız Bakı klubunda oynayacaq - FOTOLAR

Bu qız Bakı klubunda oynayacaq - FOTOLAR

Çempionlar Liqasının pley-off mərhələsinə hazırlaşan Bakının qadınlardan ibarət “İqtisadçı” klubu heyətinə yeni voleybolçu cəlb edib. Fanat.az xəbər verir ki, paytaxt təmsilçisi amerikalı Deja Makklendonla danışıqları müsbət yekunlaşdırıb.

Pensilvaniya Universitetinin komandasından transfer olunmuş 21 yaşlı hücumçu ilə hələlik mövsümün sonunadək müqavilə imzlanıb. Lakin voleybolçu özünü yaxşı tərəfdən göstərərsə, anlaşmanın müddəti uzadılacaq. 

Qeyd edək ki, Makklendon “İqtisadçı”nın heyətindən kənarlaşdırılmış həmyerlisi Kim Vilouqbini əvəzləyəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər