İtaliya A Seriyasında V turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Roma" "Benevento"nun qonağı olub.
Oyun paytaxt təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 22-ci dəqiqədə Edin Dzeko açıb. 13 dəqiqə sonra "Roma" Fabio Lusianonun avtoqoluna sevinib. 52-ci dəqiqədə Edin Dzeko dublunu rəsmiləşdirib. 74-cü dəqiqədə isə Lorenzo Venuti növbəti avtoqolun müəllifi olub.
Bu qələbədən sonra xal hesabını 9-a yüksəldən "Roma" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" - "Roma" oyunu sentyabrın 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20.00-da başlayacaq.
Fanat.Az