Cari mövsümün sonunadək "Çelsi"yə baş məşqçi təyin edilən Frenk Lempard antirekorda imza atıb.
Fanat.Az xəbər verir ki, o, zadəganların 118 illik tarixndə təyinatından sonra ardıcıl dörd oyunda məğlub olan ilk çalışdırıcı olub.
Topların fərqinə gəlincə, cəmi 1 dəfə rəqib qapılarına yol tapan London təmsilçisi 7 dəfə topu tordan çıxarıb.
Qeyd edək ki, Lempard Qrem Potteri əvəzləyib.
Nihat