Zor deyil ki,"İnter" qol vura bilmir

Zor deyil ki,"İnter" qol vura bilmir

Premyer  Liqada yaranan fasilədən yararlanan “İnter” bu gün 17.00-da yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, bank təmsilçisi “İnter Arena”da “Simurq”la qarşılaşıb.

 

FİFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşdə qol vurulmayıb.

Xatırladaq ki, “ağ-göylər” son 4 çempionat oyununda da “quru sülh” görmüşdü. “Qardaşlar”ın son oyunu rəsmi xarakter daşımasa da, bu, meydan sahiblərinin ardıcıl 5-ci qolsuz bərabərliyidi.

Onu da qeyd edək ki, “İnter”də millinin düşərgəsində olan futbolçular – qapıçı Səlahət Ağayevlə müdafiəçi Məhəmməd Mirzəbəyov oynamayıb. Eyni zamanda, zədəli Baçana Tsxadadzeylə Matiya Şpiçiç də görüşün iştirakçısı olmayıb.

 

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər