Zlatan yenə medalsız qalacaq - “Milan” ÇL-i qazansa...

Zlatan yenə medalsız qalacaq - “Milan” ÇL-i qazansa...

"Milan" digər İtaliya təmsilçisi "Napoli"ni üstələyərək (1:0, 1:1) Çempionlar Liqasının yarımfinalına yüksəlib.

Fanat.Az "Euro-football"a istinadən xəbər verir ki, Milan klubu turnirin qalibi olsa belə, ulduz hücumçu Zlatan İbrahimoviç medal almayacaq. 

Buna səbəb 41 yaşlı isveçlinin iştirak ərizəsində yer almamasıdır. O, bu mövsüm Çempionlar Liqasında matça çıxmayıb.

Qeyd edək ki, İbrahimoviç heç vaxt ÇL-in qalibi olmayıb.

Mirağa    

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər