“Zirə”dən qələbə, Qəbələdə heç-heçə - YENİLƏNDİ

“Zirə”dən qələbə, Qəbələdə heç-heçə - YENİLƏNDİ

Futbol üzrə Misli Premyer Liqasında bu gün XI turun daha iki oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, hər iki qarşılaşma paytaxtdan kənarda baş tutub.

Günün ilk matçında "Qəbələ" "Kəpəz"i qəbul edib. Qəbələ şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Xallarının sayını 17-yə çatdıran "qırmızı-qaralar" hələlik 4-cü pillədə qərarlaşıb. "Kəpəz" isə 5 xalla 8-ci sıradadır.

İkinci görüşdə isə Sumqayıtda şəhərin eyniadlı kollektivi "Zirə" ilə üz-üzə gəlib. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran “Zirə” 4-cü pilləyə yüksəlib. “Sumqayıt” isə 4 xalla 9-cudur.

Qeyd edək ki, turun ilk matçında "Qarabağ" "Turan Tovuz"u 3 cavabsız qolla üstələyib. Tura oktyabrın 23-də "Səbail" - "Şamaxı" və "Neftçi" - "Sabah" qarşılaşmaları ilə yekun vurulacaq.

Misli Premyer Liqası, XI tur

22 oktyabr (şənbə)

“Qəbələ” – “Kəpəz” 1:1 Qollar: Alimi, 20 - Fərid Nəbiyev, 60. 

"Qəbələ": 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 10. Omar Hani Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 8. Andrey Strijak Baş məşqçi: Elmar Baxşıyev

"Kəpəz": 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 80. Tural Rzayev, 74. Yusif Nəbiyev, 14. Elçin Əlicanov, 37. Ruslan Süleymanov, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 1. Müşviq Nadirov, 32. Elvin Yunuszadəğ, 70. Nicat Süleymanov, 77. Fərid Nəbiyev, 44. Nihat Fərəci, 24. Mixeil Erqemlidze Baş məşqçi: Tərlan Əhmədov

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kamran Bayramov, Əli Əliyev Hakim-inspektor: İmanxan Sultani Qəbələ şəhər stadionu

18:30. “Sumqayıt” – “Zirə” 0:2

Qollar: Rəhim Sadıxov, 16, Sertan Taşkın, 72.

"Sumqayıt": 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski. Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 17. Murad Xaçayev, 55. İbrahim Əliyev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 23. Rifat Nurmuqamet, 22. Damian Daniçiç, 37. Alya Ture. Baş məşqçi: Samir Abasov.

"Zirə": 41. Anar Nəzirov, 19. Təmkin Xəlilzadə, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 7. Filipe Paxtman. Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 38. Ramiz Muradov, 26. Nemanya Andelkoviç. Baş məşqçi: Rəşad Sadıqov.

Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Cəmil Quliyev, Namiq Bəkirov Hakim-inspektor: Orxan Məmmədov “Kapital Bank Arena”

“Zirə”dən qələbə, Qəbələdə heç-heçə - YENİLƏNDİ

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər