"Zirə" Qəbələdə kimləri oynada bilməyəcək? - ADLAR

"Zirə" Qəbələdə kimləri oynada bilməyəcək? - ADLAR

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyununda "Qəbələ"nin qonağı olacaq "Zirə" səfər matçına itkilərlə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib:

"Heyətdə cəzalı futbolçu yoxdur. Əvəzində üç zədəlimiz var. Məqsəd İsayev, Filipe Paxtman və Cibrila İssa isə bu matçı zədə səbəbindən kənardan izləyəcəklər".

Qeyd edək ki, "Qəbələ" - "Zirə" qarşılaşması aprelin 24-də Qəbələ şəhər stadionunda keçiriləcək. Görüşün start fiti 17:00-da səslənəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər