“Zirə” məğlub oldu, “Qəbələ” qalib gəldi

“Zirə” məğlub oldu, “Qəbələ” qalib gəldi

Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun sonuncu oyun günündə 2 matç baş tutub. 

Əvvəlcə "Kəpəz" və "Qəbələ" münasibətlərinə aydınlıq gətiriblər. Nə qədər qəribə səslənsə də, autsayderlərin dueli hesab olunan görüş Gəncədə keçirilib. Oyun qonaqların qələbəsiylə yekunlaşıb. 

Günün, həm də turun bağlanış matçı isə Mərdəkanda olub. Lider "Zirə" debütant "Araz-Naxçıvan"la qarşılaşıb. Yenidən vahid liderliyə yiyələnməsi üçün Rəşad Sadıqovun baş məşqçi olduğu komandaya "Dalğa Arena"dan xalla dönməsi lazım idi. Amma görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Qeyd edək ki, turun qalan oyunıarı cümə və şənbə günləri baş tutub: "Qarabağ" - "Sumqayıt" 5:0, "Turan Tovuz" - "Neftçi" 0:1, "Səbail" - "Sabah" 2:2. 

Misli Premyer Liqası VIII tur 1 oktyabr

 “Kəpəz” – “Qəbələ” 0:1

Qol: Bilel Auaşeriya, 53

Kəpəz: 12. Kamran İbrahimov, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 22. Rüfət Əhmədov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 19. Abdullahi Şuaybu Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 15. Cavad Kərimov, 91. Latir Fal, 21. Martins Junior Baş məşqçi: Azər Məmmədov

Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov (k), 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo Baş məşqçi: Elmar Baxşıyev

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Asiman Əzizli, Rəşad Əhmədov Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Elman Musayev Gəncə şəhər stadionuk

“Araz-Naxçıvan”– “Zirə” 1:0 Qol: Nuno Rodriqes, 78. Qırmızı vərəqə: İqor Ribeyro, 90+4.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k). Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 42. Məhəmməd Kadiri, 8. İsmail Azzaui. Baş məşqçi: Azər Bağırov. Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 28. Abbas İbrahim, 7. Filipe Paxtman, 6. Eldar Quliyev. Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Akka, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 15. Pyer Zebli, 19. Salifu Suma. Baş məşqçi: Rəşad Sadıqov.

Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Cəmil Quliyev, Kamran Əliyev Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Asif Əliyev “Dalğa Arena”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər