Zimbabvedən, Qayanadan geri qalan Azərbaycan

Zimbabvedən, Qayanadan geri qalan Azərbaycan

FIFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, siyahıda dünyanın 209 yığması yer alıb.

 

Milli komandamız bir pillə irəliləyib. Buna baxmayaraq, yığmamızın xal ehtiyatı dəyişməyib. Komandamız 269 xalla 133-cü pillədə qərarlaşıb. Bir pilləlik irəlliləyişə səbəb isə Küveytin 14 pillə geriləməsidi. 

Yığmamız Liviya, Beliz, Burundi, Efiopiya, Zimbabve, Türkmənistan, Tanzaniya, Fələstin, Qayana kimi dünyanın ən zəif ölkələrindən geri qalır.

Millimizin "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyi dəyişməz qalıb. Belə ki, Almaniya 5-ci (1309 xal), Şimali İrlandiya 26-cı (825), Çexiya 29-cu (810), Norveç 49-cu (605), San Marino isə 200-cü (20) pillədə qərarlaşıb.

 

Avstriyada keçiriləcək təlim-məşq toplanışı zamanı yığmamızın yoxlama oyunu keçirəcəyi Kanada 95-ci (357 xal), Makedoniya 141-ci (235), Andorra 202-ci (5) yeri tutur.

Dünyanın ən güclü 10 komandasının mövqeyində də heç bir dəyişiklik olmayıb.

1 (1). Argentina - 1532

2 (2). Belçika - 1364

3 (3). Çili - 1353

4 (4). Kolumbiya - 1337

5 (5). Almaniya - 1309

6 (6). İspaniya - 1277

7 (7). Braziliya - 1261

8 (8). Portuqaliya - 1184

9 (9). Uruqvay - 1158

10 (10). İngiltərə - 1069

 

Qardaş Türkiyə yığması 13-cü yerdə qərarlaşıb. Mövqeyi dəyişməyən “ay-ulduzlular”ın 983 xalı var.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər