"Bakı" kulubu beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində daha bir inamlı addım atıb. İdman24.az xəbər verir ki, Madrid "Atletiko"su ilə əməkdaşlıqla gündəmə gələn klub indi də Avropanın daha bir nəhəng klubu ilə anlaşma imzalamağa hazırlaşır. Məlum olduğu kimi, "Bakı" futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov və katibi Zəka İbrahimov bir neçə gün öncə Portuqaliyaya səfər ediblər. "Portu"nun bazasını ziyarət edən klub rəsmiləri Çempionlar Liqasının qalibinin infrastrukturu, bazası və iş metodları ilə yerindəcə tanış olublar. Onlar "texniki məsələlərlə tanışlıq" proqramı əsasında kluba aid bütün texniki şöbələrə, mühasibatlıq və idarəetmə strukturunun çalışdığı kompleksə baş çəkib. Qonaqlara klubun fəaliyyətindən bəhs edən video-rolik göstərilib. Daha sonra "Portu"nun rəhbər şəxslərinin iştirakı ilə geniş toplantı düzənlənib. Antero Enrike məlumat verərək bildirib ki, "Portu" son 15 ildə Avropaya ən çox oyunçu satan klubdur. Bu uğurlu nəticəni necə əldə etdiklərini açıqlayan klubun baş idarəçisi deyib ki, onlar uşaq futbol akademiyasının işinə xüsusi önəm verirlər və hər il dünyanın müxtəlif ölkələrindən yüzlərlə yeniyetmə və gənc baxışdan keçmək üçün Portuqaliyaya dəvət olunur. Nöbvəti gün "Bakı" klubunun nümayəndləri prezident Pintu da Koşta ilə görüşüblər. Tərəflər qarşılıqlı əməkdaşlıq üçün öz şərtlərini açıqlayıb. "Portu"nun prezidenti işbirliyində maraqlı olduqlarını bildirərək, "Atletiko" kimi "Bakı" ilə əlaqə qurmaq ideyasını dəstəkləyib. Koşta Azərbaycanla bağlı istənilən brendin klubun formalarında reklamına müsbət yanaşıb və deyib ki, Madrid klubunun gördüyü ilk iş bütün dünyaya səs salıb. "Portu"nun rəhbəri təklif edib ki, "Bakı"nın aşağı yaş qrupları üzrə komandaları hər il 3 dəfə onların bazasında qonaq olar, 1 ay müddətinə təlim-məşq toplanışı və yoldaşlıq görüşləri keçirə bilər. Eyni ilə portuqaliyalılar bu məqsədlə ölkəmizə səfər etməyə razıdır. Əsas komandalara gəlincə, avrokubokların daimi iştirakçısı "Bakı" ilə yoldaşlıq görüşündə qüvvəsini sınamağa hazırdır.
Zeynal Məmmədov "Portu"da
TREND
Tv Afişa
09:00
22.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Milli
23:58
23.11.2026
"Ərzurumspor"da Nəriman qərarı - Yanvarda yollar ayrılır?
Milli
00:37
20.11.2026
"Bursaspor" Toralı niyə göndərmək istəmir? - Səbəb bəlli oldu
Azərbaycan futbolu
23:26
20.11.2026
Valdas Dambrauskas darmadağını belə şərh etdi
Oxşar xəbərlər
Digər
12:21
22.11.2026
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirildi
Digər
23:51
21.11.2026
İlham Zəkiyev Qran-pridə bürünc medala yiyələndi
Digər
14:48
21.11.2026
Fərid Qayıbov Qazaxda yeni yaradılan güləş zalında aparılan işlərlə tanış oldu
Digər
13:51
21.11.2026
Fərid Qayıbov Qazaxda idman federasiyalarının nümayəndələri ilə 29-cu görüşünü keçirdi