Zədələnən "Qəbələ"linin durumu nə yerdədir? - AÇIQLAMA

Zədələnən "Qəbələ"linin durumu nə yerdədir? - AÇIQLAMA

Misli Premyer Liqasının 7-ci turunda "Qarabağ"ı sınağa çəkən "Qəbələ" məğlub olmaqla yanaşı, heyətdə itki ilə də üzləşdi. İsrailli legioner Gilad Abramov matçın 18-ci dəqiqəsində, hesab 0:2 olarkən zədələndi və erkən əvəzləndi. Eyni səbəbdən təxminən üç həftə komandaya kömək edə bilməyən yarımmüdafiəçinin son durumu necədir?  

Bu barədə Fanat.Az-a məlumat verən "Qəbələ"nin mətbuat sözçüsü Asəf Zeynallını dinləyək:      "Abramov sabah MRT müayinəsindən keçəcək. Daha sonra vəziyyətinə aydınlıq gələcək. İndiki məqamda ancaq müayinənin nəticəsini gözləməliyik".

Qeyd edək ki, son turda "Qarabağ"a 1:2 uduzan "Qəbələ" 7 turdan sonra 4 xalla sonuncu pillədədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər