Özbəkistan yığması Bakıda toplanışdadır

Özbəkistan yığması Bakıda toplanışdadır

Özbəkistanın ağırlıqqaldırma üzrə kişilərdən ibarət yığma komandası Azərbaycanda təlim-məşq toplanışındadır.

Fanat.Az xəbər verir ki, kollektivin Bakıya gəlişində məqsəd 3-10 fevral tarixlərində Daşkənddə keçiriləcək Asiya çempionatında uğurlu çıxış, həmçinin Paris 2024 Olimpiya Oyunlarına yaxşı hazırlaşmaqdır.

Qonaqlar yeni istifadəyə verilmiş təlim-məşq bazasında bütün lazımi şəraitlə təmin olunublar. Onların toplanışı fevralın 4-nə qədər davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər