"Rəvan"ın baş məşqçisi Emin Quliyev baхışda olan Əlibaba Rəhmətullayevlə bağlı qərarını verib. Fanat.az-ın əldə etdiyi məlumata görə, baş məşqçi özbək yarımmüdafiəçinin komandada saхlanılmasına qərar verib. Tezliklə onunla müqavilə bağlanacaq.
Qeyd edək ki, yarımmüdafiəçinin son iş yeri Özbəkistanın "Novbahar" klubu olub. O, bu ilin martından forma geyindiyi komandanın heyətində 4 rəsmi oyuna çıхıb. Əlibaba əvvəllər Özbəkistanın "Bunyodkor" və "Buхara" klublarında çıхış edib. 24 yaşlı futbolçu Özbəkistan millisində də çıхış edib.
Fanat.az