Zaur Svanadze: “İnter” çempionatın favoriti deyil"

Zaur Svanadze: “İnter” çempionatın favoriti deyil"

Azərbaycan Premyer Liqasının 1-ci turunda evdə "Qarabağ”ı 2:1 hesabıyla məğlub edən "İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Fanat.Az xəbər verir ki, gürcü mütəxəssis oyunla bağlı bunları deyib:

- Yaxşı oynadıq. Xüsusilə ikinci hissədə. İlk hissədə də yaxşı oynansaq da, təəssüfləndirici qol buraxdıq. Oyundan razı qaldım. Belə davam etsək, yaxşı olacaq. Ancaq çempionatda işimiz heç də asan olmayacaq.

- "İnter”in futbolçularını qəhrəman hesab etmək olar?

- Qəhrəman demək düzgün olmazdı. Sadəcə, meydana çıxmaq və oynamaq lazımdı. Futbolçular yaxşı oynasalar da, qəhrəman adlandırmaq olmaz.

- Çempionatın çətin olacağını dediz. Bunu rəqiblərin gücünə görə belə dediz?

- Əlbəttə, rəqiblərimizə görə. 8 komanda çıxış edir və hamısı da çətin komandlardı.

- Bu mövsüm əsas hədəfiniz nədi?

- Bu mövsüm əsas hədəfimiz ilk dördlükdə qərarlaşmaqdı. Ötən mövsüm bizim 15-16 futbolçumuz var idi. İndi isə 24-25  futbolçumuz var ki, bu da hər mövqeyə iki futbolçu deməkdi. Əsas hədəfimiz isə avrokuboklara vəsiqə qazanmaqdı.

- Qələbəni müdafiə xəttinin oyununa, yoxsa Ruslan Abışovun fərdi ustalığına yazmaq olar?

- Həm komandanın yaxşı oyununa, həm də Ruslanın fərdi ustalıq səviyyəsinə bağlamaq olar.

- "İnter”i çempionluq uğrunda gizli, yoxsa aşkar favorit saymaq olar?

- Özümüzü favorit hesab etmirəm.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər