Zaur Axundova AFFA-da yeni vəzifə verilir

Zaur Axundova AFFA-da yeni vəzifə verilir

AFFA-nın martın 16-da təşkil olunacaq növbəti Hesabat Konfransında İcraiyyə Komitəsində hazırda vakant olan 1 yerə seçki keçiriləcək. 

Fanat.Az xəbər verir ki, Nizamnaməyə əsasən, İcraiyyə Komitəsi üzvlüyünə namizəd AFFA-nın  üzvü və ya dolayı üzvü tərəfindən Konfransın keçiriləcəyi tarixdən ən azı 15 gün əvvəl baş katibliyə təqdim olunmalıdı.

 

Sahə Futbol Federasiyaları İctimai Birliyi tərəfindən hazırda Azərbaycan Futzal Federasiyasının prezidenti vəzifəsində çalışan Zaur Axundovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər