Zamir Həsənov Moskva MOİK-ində - FOTO

Zamir Həsənov Moskva MOİK-ində - FOTO

1-ci Liqanın lideri "Şəfa"nın məşqçisi Zamir Həsənov UEFA Pro lisenziyası üzrə təhsil proqramı çərçivəsində Rusiyanın aparıcı klublarından biri, UEFA Avropa Liqasının qalibi olmuş Moskva MOİK-ində bir həftəlik təcrübə proqramında iştirak edir.

Fanat.Az xəbər verir ki, təcrübə müddətində Həsənov klubun əsas komandasının baş məşqçisi Fabio Çelestini ilə görüşüb.

Zamir Həsənov Moskva MOİK-ində - FOTOZamir Həsənov Moskva MOİK-ində - FOTO

Görüş zamanı tərəflər müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıb, məşq prosesinin təşkili və komandanın iş prinsipləri ilə yaxından tanış olub. Azərbaycanlı mütəxəssis komandanın bir həftəlik məşq prosesini izləyib. O, MOİK-in baş məşqçisinə "Şəfa"nın formasını hədiyyə edib. Həsənov həmçinin Rusiya klubunun qapıçılarla işləyən məşqçisi, uzun müddət Azərbaycan millisinin şərəfini qorumuş və yığmada qapıçılar üzrə məşqçi qismində fəaliyyət göstərmiş Dmitri Kramarenko ilə də görüşüb və ona da "Şəfa"nın formasını verib.

Toğrul  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər