“Yuventus”la “İnter” qalib gəldi, “Milan” xal itirdi

“Yuventus”la “İnter” qalib gəldi, “Milan” xal itirdi

İtaliya A Seriyasında 33-cü tura start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 8 görüş baş tutub.

“Salernitana” – “Fiorentina” qarşılaşmasında qalib müəyyənləşməyib. “Atalanta” – “Spetsiya” matçında meydan sahibləri qalib gəliblər. “Sampdoriya” isə evdə “Torino”ya uduzub.

“Milan” “Kremoneze” ilə ev oyununda xal itiribsə, “Roma” “Montsa” ilə səfər görüşündə eyni aqibətlə üzləşib. “Yuventus” “Leççe”yə, “Latsio” isə “Sassuolo”ya qalib gəlib. “İnter” də səfərdə “Verona”nı 6 cavabsız qolla üstələyib.

İtaliya A Seriyası 33-cü tur 3 may

Atalanta – Spetsiya 3:2 Qol: De Roon, 32. Zappakosta, 48. Muriel, 54 – Qyasi, 18. Burabiya, 64.

Yuventus – Leççe 2:1 Qol: Paredes, 15. Vlahoviç, 40 – Sisey, 37.

Salernitana – Fiorentina 3:3 Qol: B.Dia, 10; 59; 81-pen – N.Qonsales, 36. İkone, 71. Biraqi, 84.

Sampdoriya – Torino 0:2 Qol: Bonjorno, 31. Pelleqri, 90+4.

Milan – Kremoneze 1:1 Qol: Messias, 90+3 – Okereke, 77.

Latsio – Sassuolo 2:0 Qol: F.Anderson, 14. Başiç, 90+2.

Montsa – Roma 1:1 Qol: Kaldirola, 39 – El Şaaravi, 24.

Verona – İnter 0:6 Qol: Qaiç, 31-öz qapısına. H.Çalhanoğlu, 36. Dzeko, 37; 61. L.Martines, 55; 90+2.

4 may

22:45. Empoli – Bolonya 22:45. Udineze - Napoli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər