"Yuventus" Serbiya millisinin üzvünü istəyir

"Yuventus" Serbiya millisinin üzvünü istəyir

"Yuventus" Serbiya millisinin yarımmüdafiəçisini transfer etmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Corriere dello Sport" yayıb.

Xəbərə görə, Turin klubu "Latsio"nun 27 yaşlı futbolçusu Sergey Milinkoviç-Saviçi rənglərinə bağlamaqda qərarlıdır. Mənbə Roma təmsilçisinin sözügedən futbolçunu 60 milyon avroya satmağı planlaşdırdığını bildirib. "Qoca sinyora"nın bu addımı heyətindəki iki əsas yarımmüdafiəçinin sıradan çıxması üzündən atdığı vurğulanıb. 

Belə ki, Pol Poqbanın təxminən ilin sonunadək "Yuve"yə kömək edə bilməyəcəyi dəqiqləşibsə, çiynindən xəsarət alan Ueston Makkenni 1 ay yaşıl meydanlardan kənarda qalacaq.

"Yuventus" Serbiya millisinin üzvünü istəyir

Qeyd edək ki, Milinkoviç-Saviç 2015-ci ildən "Latsio"dadır. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər