"Əmin ola bilərsiniz ki, Azərbaycan sonadək mübarizə aparacaq və layiqli müqavimət göstərəcək. Rusiya millisi buna hazır olmalıdı". Fanat.az xəbər verir ki, bu sözləri Azərbaycan - Rusiya oyunu ilə bağlı danışarkən Yuri Syomin deyib.
Rusiya mətbuatına danışan "Qəbələ"nin baş məşqçisi şimal qonşumuzun taleyinə Bakıda aydınlıq gələcəyini bildirib: "Mən çoxdan deyirəm ki, Fabio Kapellonun komandasının taleyi Bakıdakı oyunda həll olunacaq. Meydan sahibləri bu görüşə yaxşı köklənib güclü mübarizə aparacaqlar. Bu, keçmiş SSRİ komandaları arasındakı oyunlarda baş verir. Azərbaycan millisi hazırlıqlıdı. Azarkeşlərinin emosional dəstəyindən çox asılıdı. Stadionun tribunaları ağzınadək dolacaq. Dəstək o qədər güclü olacaq ki, qonaqlar çətinliklə üzləşəcəklər".
Fanat.az