Yuri Syomin: "Qəbələ" bu mübarizəyə hələ hazır deyil"

Yuri Syomin: "Qəbələ" bu mübarizəyə hələ hazır deyil"
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Sizi bu yaxınlarda “Spartak”la əlaqələndirmişdilər. Biz belə başa düşürük ki, siz Rusiyaya qayıtmağın mümkünlüyünü heç zaman istisna etməmisiniz...
- Ümid edirəm ki, təkliflər gələcək. Ancaq hələ bunlar yoxdu. Düşünürəm ki, nə haqdasa danışmağın vaxtı deyil. Xüsusilə də mənim “Qəbələ” ilə qüvvədə olan müqaviləm var. Rusiyada mənə tələb olarsa, işləyəcəyəm. Əks halda, faciəyə çevirməyəcəyəm.
- “Qəbələ”də debüt mövsümü başa çatır. Bunu özünüz üçün necə qiymətləndirirsiniz?
- Yəqin ki, lap əvvəldən başlamaq lazımdı. Mövsümün başlanması ərəfəsində komandada ciddi dəyişikliklər baş verdi: ötənilki heyətdən tək-tük futbolçular qalmışdı. Biz bir yığın oyunçu dəvət etdik. Uzun müddət liderlik edirdik. Oyunçuların yaxşı köklənməyə əsası vardı. Ancaq daha da güclənməyə nail olduğumuz qış fasiləsindən sonra hər şeyin artan xətt üzrə gedəcəyini təsəvvürü yarandığı bir halda, əksinə oldu. Nə üçün? Müfəssəl cavab vermək çətindi. Ancaq indi artıq aydındı ki, oyunçuların müxtəlif hazırlığı öz sözünü dedi. Bəziləri müxtəlif səbəblərdən toplanışlara sadəcə, gəlib çıxa bilmədilər. Gələnlər isə, o cümlədən, Marat İzmaylov axı bu mərhələni keçməmişdilər... Bir neçə oyunu gözlənilmədən məğlub olduq. Sonra zədələr epidemiyası baş aldı və biz titul uğrunda mübarizədən kənarda qaldıq. Fikrimcə, komandamız bu mübarizəyə hələ hazır deyil. Axı biz elit oyunçuları dəvət etməmişdik. Ləğv edilmiş Kiyev “Arsenal”ından futbolçular gəlmişdilər. Kimlərsə “Volın”dan gəlmişdi... Rusiya liqasından oyunçu dəvət etmək, ümumiyyətlə, asan deyil.
- İzmaylovun dəvəti də səhv idi?
- Qətiyyən yox! Əksinə, bu kömək idi. Gənc oyunçular əsl peşəkarın nə demək olduğunu, bu oyunçunun texnikasının necə olduğunu gördülər. Ancaq ilk vaxtlarda Marat da fiziki cəhətdən hazır deyildi: o, “Portu”da kifayət qədər uzun müddət oynamamışdı. İndi isə o, yaxşı səviyyədə oynayır: oyunun müqəddəratını həll etdiyi çoxlu oyunlar olub.
- Bəs yığmaya qayıtmağa onun gücü yetər?
- Dünya çempionatına artıq real deyil. Vaxt az qalıb. Məşqçi də onu görməlidi. İzmaylova çox inanmaq lazımdı. Hesab edirəm ki, Kapello Maratı yaxşı tanımır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər