Yunan-Roma güləşçilərimiz dünya çempionatını 5 medalla başa vurdu

Yunan-Roma güləşçilərimiz dünya çempionatını 5 medalla başa vurdu

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı yaponiyalı Fumita Keniçiro ilə qarşılaşıb. Rəqibinə 1:5 hesabı ilə uduzan Məmmədov 5-ci yerlə kifayətlənib.

Beləliklə, yunan-Roma güləşçiləri mundialı 5 medalla başa vurub. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər