Yığmada bir daha qeyri-azərbaycanlı kapitan olmayacaq - AFFA

Yığmada bir daha qeyri-azərbaycanlı kapitan olmayacaq - AFFA

Azərbaycana heç bir aidiyyatı olmayan, lakin milliləşən Bədavi Hüseynovun Qazaxıstanla yoxlama görüşünün 2-ci hissəsində kapitan sarğısını daşıması geniş rezonans doğurub. AFFA-nın ucdantutma milliləşdirmə siyasətinin zirvə həddi 2 gün əvvəlki oyunda baş tutdu. Ancaq bu dəfə “bıçaq sümüyə dirəndi”.

AFFA rəhbərliyi də bu mövzuda bağışlanılmaz səhvə yol verdiyini anlayıb. Futbolinfo.az saytına verdiyi açıqlamada assosiasiyanın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu analoji halın bir daha yaşanmayacağını dolayısı ilə təsdiqləyib.

O, bu məsələnin AFFA-nı da narahat etdiyini dilə gətirdi: “İkinci hissədə Kamran Ağayevin də əvəzlənməsi planlaşdırılmışdı. Bu səbəbdən də baş məşqçi Robert Prosineçki kapitan sarğısının birbaşa Bədavi Hüseynova verilməsini istəyib. Paltardəyişmə otağında heç bir assosiasiya rəsmisi olmayıb. Bu, birbaşa Prosineçkinin qərarıdı. Rəsmi oyunlar üçün əvvəlcədən kapitan və vitse-kapitanlar müəyyənləşdirilir. Qazaxıstanla oyun isə yoxlama xarakteri daşıyırdı. Buna baxmayaraq, baş verən hal AFFA-nı da narahat edir və müzakirəyə çıxarılacaq. Nəticəsini özünüz görəcəksiniz. Şəxsi mövqeyimi bildirə bilərəm ki, bu məsələ məni də narahat edir. Siz birqat narahat olursuzsa, biz ikiqat”.

Bəli, Nərimanoğlu AFFA-nın rəsmi mövqeyini açıqlamadı. Ancaq 2 məqamı xüsusi qeyd edib, konkret nəticə çıxarmaq mümkündü. Əvvəla, məsələnin AFFA-nın diqqət mərkəzinə düşməsi problemin qloballığını ölkənin ali futbol qurumunun da dərk etməsindən xəbər verir. İkincisi, Nərimanoğlunun “baş verən hal AFFA-nı da narahat edir və müzakirəyə çıxcarılacaq. Nəticəsini özünüz görəcəksiniz”, deməsi faktiki olaraq, analoji halın yaşanmayacağını etiraf etməkdi. 

Bu, yaxşıdı, amma əvvəl-axır qeyri-qanuni kütləvi milliləşmənin hesabını da vermək zamanı yetişəcək. Kimlərsə müstəqil olub bayrağının ucaldılması arzusu ilə yaşayır, siz isə Məmmədəmin Rəsulzadənin banisi olduğu dövlətin qədrini bu cür bilirsiniz. Himn – dövlət atributudu. Bu millinin üzvləri himni qürurla oxumalıdı! Necə? Qazaxıstan yığmasının futbolçu və məqşçi heyətinin necə qürurla ifa etdiyini gördükdən sonra azərbaycanlı futbol məmurlarının xəcalət təri axıtdıqlarına şübhə edirəm. Ancaq biz – azərbaycanlılar paxıllıq edirdik...

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər