Yenə 1/4, yenə "Qəbələ" - "Qarabağ"

Yenə 1/4, yenə "Qəbələ" - "Qarabağ"
Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Fanat.az xəbər verir ki, "Qəbələ" yarımfinala vəsiqə uğrunda "Qarabağ"ı qəbul edəcək.
Ardıcıl 3-cü dəfə 1/4 finalda qarşılaşan əyalət təmsilçilərinin kubok oyunlarında indiyədək qalib gələn olmayıb. Baş tutan 4 oyunun hamısı heç-heçə başa çatıb. Lakin hər iki dueldə səfər qolu sayəsində “Qarabağ” mərhələ adlayıb. Belə ki, hər iki halda Qəbələdə keçirilən oyunlarda qol vurulub (2:2, 1:1), Bakıda isə qolsuzluq olub.
Qeyd edək ki, komandalar cari mövsümdə Premyer Liqada artıq 3 dəfə qarşılaşıb və hər üç halda "Qarabağ" qalib gələn tərəf olub. Belə ki, Ağdam klubu Qəbələdəki oyunlarda 1:0, Bakıdakı matçda 4:3 hesablı qələbəni bayram edib.

2011/12

1/4 final

Qəbələ - Qarabağ (Ağdam)

2:2, 0:0

2012/13

1/4 final

Qəbələ - Qarabağ (Ağdam)

1:1, 0:0

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər