Yazıcı MOİK-i tərk edir, amma Rusiyada qalır

Yazıcı MOİK-i tərk edir, amma Rusiyada qalır

Moskvanın MOİK və Fransanın "Lill" klubları ötən ilin yazında icarə əsasında ordu klubunda çıxış edən yarımmüdafiəçi Yusuf Yazıcının transferi ilə bağlı razılığa gələ bilməyib.

Fanat.Az "SV Pressa" saytına istinadən xəbər verir kİ, hazırda Fransa təmsilçisi türk yarımmüdafiəçi üçün yeni klub axtarır.

Tanınmış türkiyəli jurnalist Yunus Əmrə Sel isə öz "Twitter" hesabında Yazıcının böyük ehtimalla, çıxışını Rusiya çempionatında davam etdirəcəyini yazıb.

Mənbənin məlumatına görə, futbolçunun yeni klubu onun transferi üçün "Lill"ə 12 milyon avro ödəyəcək, yarımmüdafiəçinin özünə isə yüksək maaş verəcək. Ehtimal olunur ki, söhbət Moskva klublarından gedir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər