Yayda "Çelsi"yə keçən futbolçu bu qış getmək istəyir

Yayda "Çelsi"yə keçən futbolçu bu qış getmək istəyir

İngiltərəli yarımmüdafiəçi Kirnan Dyusberi-Holl "Çelsi"ni tərk etmək niyyətindədir.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 26 yaşlı futbolçu London təmsilçisində az oynamasından narazıdır.

Xəbərə görə, sözügedən oyunçu qış transfer dönəmində "zadəganlar"la vidalaşmaq istəyir. Onun "Aston Villa"ya keçə biləcəyi vurğulanıb.

Qeyd edək ki, bu ilin yayında "Çelsi"yə keçən futbolçunun müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. O, cari mövsüm bütün turnirlərdə 10 oyuna çıxıb.

  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər