Yaralı idmançının xərcini Azərbaycan ödəyəcək

Yaralı idmançının xərcini Azərbaycan ödəyəcək

“İstintaq orqanları Bakıda avstriyalı idmançılarla bağlı baş vermiş insidenti araşdırır”. Fanat.az xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib. 

Nazir bildirib ki, istintaqın gedişatı haqqında Azərbaycan da məlumatlandırılacaq. Rəhimovun sözlərinə görə, idmançı xanımlardan ikisi yüngül xəsarətlər alıb və onların vəziyyəti normaldı: "Üçüncü idmançı isə Vyanada xəstəxanaya yerləşdirilib. Artıq əməliyyat başlayıb. Xoş olan odu ki, o xanım artıq ayaqlarını tərpədə bilir. Fikrimcə, hər şey yaxşı olacaq".

Azərbaycan tərəfi avstriyalı idmançının müalicəsinin xərcini üzərinə götürəcək. Azərbaycanın Avstriyadakı səfirliyi lazimi yardımı göstərir. 

Qeyd edək ki, hadisə 11 iyun tarixində saat 08.30-da baş verib. Atletlər Kəndindinin Nəqliyyat deposunda avtobus Avstriya üzgüçülük üzrə yığma komandasının üç idmançını vurub. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər