Yaponiyadan Bakıya 19 cüdoçu gəlir

Yaponiyadan Bakıya 19 cüdoçu gəlir

Yaponiya cüdo yığmasının Bakı "Böyük Dəbilqə"si üçün heyəti məlum olub.

Fanat.Az xəbər verir ki, cüdonun baniləri yarış üçün 19 (12 kişi, 7 qadın) idmançı sifariş edib.

Kişilər: Ryucu Naqayama, Hayato Kondo (hər ikisi 60 kq), Yuci Aida, Ryoma Tanaka (66 kq), Ken Oyoşi, Ryo Tsukamoto (73 kq), Yoşimiçi Kamoçi (81 kq), Kosuke Maşiyama, Qoki Tacima (90 kq), Kentaro İida (100 kq), Tatsuro Saito (+100 kq).

Qadınlar: Rina Tatsukava, Nanako Tsubone (52 kq), Momo Tamaoki, Riho Şibata (57 kq), Mequmi Horikava (63 kq), Utana Terada (70 kq), Maya Akiba (+78 kq).

Bu günədək turnirdə iştirak üçün 17 ölkədən ümumilikdə 95 cüdoçu qeydiyyatdan keçib.

Qeyd edək ki, Bakı "Böyük Dəbilqə"si Zəfər Günü öncəsi - 5-7 noyabrda keçiriləcək.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər