Yakup Jezniçak: "Azərbaycanın ən yaxşı komandası..."

Yakup Jezniçak: "Azərbaycanın ən yaxşı komandası..."

“Azərbaycanın ən yaxşı komandasının - “Qarabağ”ın bir üzvü olduğum üçün çox xoşbəxtəm. Mənim üçün bura gəlmək həyəcanlıdı, çünki geridə qalan 13 ili “Qarabağ” kimi köklü klub olan “Legiya”da keçirmişəm. Bir təcrübəli futbolçu kimi bütün gücüm və mübarizəmlə “Qarabağ”a kömək edəcəm". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Yakup Jezniçak deyib.

Polşa millisinin sabiq üzvü bu gün "Qarabağ"la 2 illik müqavilə imzalayıb. "Legia"da kapitan sarğısı daşıyan polşalı mərkəz müdafiəçisi klubun rəsmi saytına danışıb: "Komandamda yeni məqsədlər üçün mübarizə aparacam və ümid edirəm ki, bu mövsüm Çempionlar Liqasında daha da yaxşı yerlərə gedəcəyik. Anlayıram ki, azarkeşlərin məndən gözləntiləri böyükdü. Yayda sabiq komandam “Legiya”yla təlim-məşq toplanışında iştirak etmişəm və yeni mövsümə özümü tam hazır sayıram. Sonda isə “Qarabağ”da çalışan hər kəsə və azarkeşlərə məni burada isti qarşıladıqları üçün təşəkkür edirəm”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər