Ya Serbiya qitə birinciliyinə yollanacaq, ya da Monteneqro - YENİLƏNİR

Ya Serbiya qitə birinciliyinə yollanacaq, ya da Monteneqro - YENİLƏNİR

Bu gün AÇ-2024-ün seçmə mərhələsində son tur start götürəcək.

Fanat.Az xəbər verir ki,  A, F, G və J qruplarında mübarizə 9 oyunla başa çatacaq.

Bu qruplarda İspaniya, Şotlandiya, Avstriya, Belçika, Macarıstan, Portuqaliya və Slovakiya final mərhələsinə vəsiqəni rəsmiləşdiriblər. Bu gün yalnız G qrupunda bir komanda onlara qoşulacaq. Bu isə ya Serbiya, ya da Monteneqro olacaq.

Serblər evdə autsayder Bolqarıstana uduzmasalar, qitə birinciliyində oynamaq hüququ qazanacaqlar. Monteneqro isə Almaniyaya yollanmaq üçün Macarıstanı yenməli və Serbiyanın məğlubiyyətini arzulamalıdır.

AÇ-2024, seçmə mərhələ X tur 19 noyabr

A qrupu 23:45. Şotlandiya – Norveç 23:45. İspaniya – Gürcüstan Xal durumu: İspaniya – 18, Şotlandiya – 16, Norveç – 10, Gürcüstan – 8, Kipr – 0.

F qrupu 21:00. Belçika – Azərbaycan 21:00. İsveç – Estoniya Xal durumu: Avstriya – 19, Belçika – 17, İsveç – 7, Azərbaycan – 7, Estoniya - 1.

G qrupu 18:00. Macarıstan – Monteneqro 18:00. Serbiya – Bolqarıstan Xal durumu: Macarıstan – 15, Serbiya – 13, Monteneqro – 11, Litva – 6, Bolqarıstan - 3.

J qrupu 23:45. Bosniya və Herseqovina – Slovakiya 23:45. Lixtenşteyn – Lüksemburq 23:45. Portuqaliya – İslandiya Xal durumu: Portuqaliya – 27, Slovakiya – 19, Lüksemburq – 14, İslandiya – 10, Bosniya və Herseqovina – 9, Lixtenşteyn – 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər