Topaz Premyer Liqasında XXIII turun oyun cədvəli açıqlanıb. Fanat.az xəbər verir ki, yığmanın mart toplanışına görə təqvimdə dəyişiklik edildiyindən bu turun oyunları da eyni gündə - fevarlın 23-də baş tutacaq.
Tura Qəbələdə start veriləcək. Şəhərin eyniadlı təmsilçisi ilə "Rəvan"ın matçı saat 13.00-da start götürəcək. İki saat sonra "Sumqayıt" "Neftçi" matçı başlayacaq. Saat 16.00-da "İnter" - "Bakı" derbisinin start fitoi çalınacaq. AZAL - "Xəzər Lənkəran" və "Qarabağ" - "Simurq" matçları isə saat 17.00-da başlayacaq.
23 fevral
Qəbələ - Rəvan
Qəbələ şəhər stadionu. Saat 13.00.
Sumqayıt - Neftçi
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 15.00.
İnter - Bakı
“Şəfa” stadionu. Saat 16.00.
AZAL - Xəzər Lənkəran
“AZAL Arena”. Saat 17.00.
Qarabağ - Simurq
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17.00.
Fanat.az