Xorvat ulduz Milandan gedir - Yeni klubu da bilinir

Xorvat ulduz Milandan gedir - Yeni klubu da bilinir

Ante Rebiç "Milan"ı tərk etməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercato" yayıb.

Mənbənin məlumatına görə, Xorvatiya millisinin keçmiş oyunçusu baş məşqçi Stefan Piolinin planlarına daxil deyil.

Bu mövsüm o, 31 oyunda cəmi 3 qol vurub. Bu, San Siroda qalmaq baxımından Pioliylə idman direktoru Paolo Maldinini qane etmir.

29 yaşlı vinger ildə 3,5 milyon avro qazanır. Onun gedişi maaş büdcəsini də asanlaşdıracaq. "Milan" onu 15 milyon avroya satmağa hazırlaşır. Artıq Rebiçin müştərisi də var. Əsas namizəd kimi Niko Kovaçın çalışdırdığı "Volfsburq"un adı çəkilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər