Xorvat azarkeşlər Bakıya buraxılmayacaq

Xorvat azarkeşlər Bakıya buraxılmayacaq
Xorvatiya Futbol İttifaqı azarkeşlərin səfər matçlarında iştirakını təşkil etməkdən imtina edib. Fanat.az xəbər verir ki, xorvat azarkeşlər Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Bakıda, sentyabrın 6-da Norveç və oktyabrın 13-də Maltada keçiriləcək matçlarda iştirak etməyəcək.
 
Bu qərar UEFA-nın tələbinə görə verilib. UEFA Split şəhərində keçirilən İtaliya ilə matçda xorvat azarkeşlərin irqçi şüarlarına görə Xorvatiya Futbol Federasiyasına son dəfə xəbərdarlıq etmişdi. Bir də bu cür hallara yol verilərsə, Xorvatiya yığması ümumiyyətlə Avropa çempionatından kənarlaşdırılacaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər