Braziliyanın “Şapekoense” klubunun təyyarəsinin qəzaya uğraması ilə bağlı bəzi detallar məlum olub. Fanat.Az xəbər verir ki, komandanın üzvlərindən biri “Xəzər Lənkəran”ın sabiq futbolçusu Tieqo de Xesusdur.
Xesusla yanaşı, 2010-11 mövsümündə Bakı “İnter”in formasını geyinmiş Filipe Maçado da təyyarədə olub.
Braziliya mətbuatı təyyarədə yer alan 81 nəfərdən hələlik 6-sının sağ qaldığını yazıb. Xəstəxanaya aparılan həmin 6 şəxsdən 2-si futbolçular - qapıçı Danilo Padilya və müdafiəçi Alan Ruşkel olub. Ölənlər arasında “Xəzər Lənkəran”ın və "İnter"in sabiq müdafiəçisinin də olduğu qeyd olunur.
Qeyd edək ki, "Xəzər Lənkəran"ın daha bir sabiq futbolçusu Şəhriyar Xəlilov 2 gün öncə ürək tutmasından dünyasını dəyişib.
Fanat.Az