“Xəzər Lənkəran” "İnter"in futbolçusunu alır

“Xəzər Lənkəran” "İnter"in futbolçusunu alır
“Xəzər Lənkəran” qış fasiləsində heyətinə bir neçə yerli oyunçu qatmaq istəyir. Fanat.az xəbər verir ki, ilk növbədə “Neftçi”nin üzvü Slavik Alxasovu hədəfə alan cənub klubu indi də “İnter”dən ayrılan Ruslan Cəfərova elçi düşüb.
Məsələ burasındadı ki, cənub klubu 19 yaşlı oyunçu ilə müqaviləni razılaşdırıb. Ruslan ilk növbədə əvəzedici heyətdə özünü göstərməli, daha sonar isə əsas komandaya cəlb olunmalıdı.
Xəbəri “Xəzər Lənkəran”ın əvəzedici heyətinin baş məşqçisi Elbrus Məmmədov da təsdiqləyib. Məmmədov bildirib ki, gənc futbolçunun perspektivinə böyük ümidlər bəslənilir.
futbol11.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər