Xərçəngə yoluxmuş azərbaycanlı futbolçu ilə bağlı AÇIQLAMA

Xərçəngə yoluxmuş azərbaycanlı futbolçu ilə bağlı AÇIQLAMA
"Rüfət Moskvada idi, kimyaterapiya keçir. İndi isə Bakıdadı". Bunu futbolçu Rüfət Musayevin vəziyyəti ilə bağlı açıqlama verən AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov deyib.
Klub rəsmisi dirsək nahiyəsində şiş aşkarlanan müdafiəçinin durumunun hazırda yaxşı olduğunu bildirib: "Mənə elə gəlir ki, 4-cü kimya terapiyasından sonra vəziyyəti müsbətə doğru gedir. Onunla həmişə maraqlanırıq. Ağır prosedurlardı, amma inanırıq ki, yaxşı olacaq və Rüfət yenidən sıralarımıza qayıdacaq".
F.Hüseynov komandanın zədəli üzvü, Ukraynanın paytaxtı Kiyevdə əməliyyat olunmuş Taqim Novruzovun durumuna da aydınlıq gətirib. O bildirib ki, futbolçunun vəziyyəti normaldı və aprelin 19-da Bakıya qayıdacaq.(Report)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər