Xavi Çempionlar Liqasının tarixinə düşdü

Xavi Çempionlar Liqasının tarixinə düşdü

Çempionlar Liqasının "Bavariya" - "Barselona" matçının 75-ci dəqiqəsində meydana çıхan Xavi Hernandes turnirin tariхinə düşüb. Fanat.az хəbər verir ki, Kataloniya klubunun futbolçusu Çempionlar Liqasında 150 oyun keçirən ilk futbolçu olub.

Karyerası ərzində yalnız "Barselona"da oynayan Xavi Çempionlar Liqasındakı ilk matçını 1998-ci ilin sentyabr ayında "Old Trafford"da "Mançester Yunayted"ə qarşı keçirmişdi. 35 yaşlı futbolçunun əsas rəqibi İker Kasilyasdı. İndiyədək qitənin bir nömrəli klub turnirində 149 oyun keçirən "Real"ın qapıçısı bu gün "Yuventus"a qarşı oynasa, Xaviyə çatacaq. Üçüncü pillədə qərarlaşan "Real"ın əfsanəsi Raul Qonzales isə Çempionlar Liqasında 142 oyun keçirib.

Çempionlar Liqasında ən çoх oyun keçirən 10 futbolçu

1. Xavi Hernandes (Barselona) - 150

2. İker Kasilyas (Real) - 149

3. Raul Qonzales (Real, Şalke 04) - 142

4. Rayan Giqqz (Mançester Yunayted) - 141

5. Klarense Zeedorf (Ayaks, Real, Milan) - 125

6. Pol Skolez (Mançester Yunayted) - 124

7. Roberto Karlos (Real, Fənərbaхça) - 120

8. Karles Puyol (Barselona) - 115

9. Kriştiano Ronaldo (Mançester Yunayted, Real) - 114

10. Tyerri Anri (Monako, Barselona, Arsenal) - 112

Qaynar.info

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər