Xabi Alonso "Çelsi"də toxunulmaz futbolçuların siyahısını müəyyənləşdirib

Xabi Alonso "Çelsi"də toxunulmaz futbolçuların siyahısını müəyyənləşdirib

Londonun "Çelsi" klubunun rəhbərliyi və baş məşqçisi Xabi Alonso yay transfer pəncərəsi öncəsi daxili heyəti qorumaq üçün mühüm qərar qəbul ediblər.

Fanat.Az insayder Simon Consona istinadən xəbər verir ki, "zadəganlar"ın sükanı arxasında olan ispaniyalı mütəxəssis komandanın 7 aparıcı futbolçusunun transferinə tamamilə qadağa qoyub.

Toxunulmazlıq statusu alanlar arasında Ris Ceyms, Koul Palmer, Moizes Kaysedo, Levi Kolvill, Estevao Villian, Joau Pedro və Coş Açemponq yer alır.

London təmsilçisi gələn mövsümün planlarında əsas rol oynayan bu ulduzlar üçün gələcək heç bir rəsmi təklifi dəyərləndirmək niyyətində deyil.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər