WADA Bakıda Nigeriya Antidopinq Agentliyinə qarşı sanksiya tətbiq etdi

WADA Bakıda Nigeriya Antidopinq Agentliyinə qarşı sanksiya tətbiq etdi
Nigeriya Antidopinq Agentliyi Ümumdünya Antidopinq Agentliyinin (WADA) məcəlləsinə uyğunluqdan məhrum edilib.
Fanat.Az xəbər verir ki, bununla bağlı qərarı Bakıda keçirilən WADA-nın Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclasında təşkilatın direktoru Olivye Niggli səsləndirib.
Qeyd edək ki, daha əvvəl WADA-nın İcraiyyə Komitəsi Kolumbiya, Portuqaliya və İsveçin paytaxtları - Boqota, Lissabon və Stokholmda yerləşən laborotoriyaların da akkreditasiyasını ləğv edib. Azərbaycan Milli Antidopinq Agentliyi 2016-cı ildə təsis edilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər