Vural AFFA-dakılara nə tövsiyyə etdi?

Vural AFFA-dakılara nə tövsiyyə etdi?

 

Dekabrda yığmanın baş məşqçisi postunu tərk etməyə hazırlaşan Berti Foqtsun mümkün xələfi Yılmaz Vural Türkiyə mətbuatına açıqlama verib. Fanat.az xəbər verir ki, dünən gecə Bakıda olan və “Sərhədçi”də kikboksinq yarışını izləyən mütəxəssis millimizə azərbaycanlı baş məşqçinin gətirilməsinin vacibliyini qabardıb: “Bakıya gəlib gördüm ki, Azərbaycanın Türkiyədən fərqi yoxdu. Biz Türkiyəni əcnəbi birinin çalışdırmasına qarşı çıxdıq. Gəlmə məşqçinin Azərbaycanda da uğur əldə etməsi çətindi. Tövsiyə edirəm ki, milliyə azərbaycanlı baş məşqçi gətirilsin. Milli elədi ki, gərək futbolçuya öz milli dəyərlərinə sadiq qalaraq, nəsə öyrətməyi bacarasan. Əcnəbi isə belə yükü çiyinlərinə qaldıra bilməz”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər