"Neftçi” klubunun futbolçusu Julius Vobay komandasından ayrılmaq üzrədir. Qol.Az-ın məlumatına görə, “Neftçi” ilə müqaviləsi başa çatan 29 yaşlı yarımmüdafiəçi komandası ilə müqaviləni yeniləmək fikrində deyil. Onun ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində "Neftçi"nin rəqibi olan Kipr “Apoel”inə keçəcəyi gözlənilir. Qol.Az saytına açıqlamasında “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov isə hələlik futbolçunun heç bir klubla rəsmi razılığa gəlmədiyini deyib. “Vobay öz ölkəsinə milli komandasının oyununa görə gedib. Hələlik onunla danışıqlarımız davam edir. Vobayın meneceri ilə son danışıqdan sonra onun “Neftçi”də qalıb-qalmayacağı müəyyənləşəcək. İyulun 12-də bu məsələyə tam aydınlıq gələcək”. Klub rəsmisi çilili hücumçu Nikolas Kanaleslə danışıqların müsbət getdiyini və futbolçunun “Neftçi” ilə yeni müqavilə bağlamaq istədiyini bildirib.
Vobay "Neftçi"dən ayrılır
TREND
Tv Afişa
09:00
22.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
09:48
16.11.2026
Millətlər Liqası: Almaniya Niderlanda qarşı, Cəbəllütariqdə millimiz üçün önəmli oyun
Milli
00:37
20.11.2026
"Bursaspor" Toralı niyə göndərmək istəmir? - Səbəb bəlli oldu
Azərbaycan futbolu
23:26
20.11.2026
Valdas Dambrauskas darmadağını belə şərh etdi
Oxşar xəbərlər
Digər
12:21
22.11.2026
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirildi
Digər
23:51
21.11.2026
İlham Zəkiyev Qran-pridə bürünc medala yiyələndi
Digər
14:48
21.11.2026
Fərid Qayıbov Qazaxda yeni yaradılan güləş zalında aparılan işlərlə tanış oldu
Digər
13:51
21.11.2026
Fərid Qayıbov Qazaxda idman federasiyalarının nümayəndələri ilə 29-cu görüşünü keçirdi